"Xocalı harayı"

  25.02.2020-ci il tarixində Xocalı soyqrımının 28-ci il dönümü ilə əlaqədar olaraq "Xocalı harayı" adlı tədbir keçirilib.Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.Əvvəlcə Xocalı faciəsi qurbanlarının və vətən uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
  Tədbirdə çıxış edənlər Xocalı faciəsi haqqında iştirakçılara ətraflı məlumat verib.Bildirilib ki,erməni cəlladları Xocalıda bir gecədə 613 nəfəri,o cümlədən 106 qadını,63 uşağı,70 qocanı xüsusi amansızlıqla qətlə yetiriblər.Səkkiz ailə tamamilə məhv edilib,25 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən birini itirib,487 nəfər,o cümlədən 76 uşaq ağır yaralanıb,1275 nəfər girov götürülüb,150 nəfərin taleyi hələ də bilinmir.
  Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəciklər təqdim olunub.
   Sonda Xocalı faciəsini özündə əks etdirən video-çarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi