"Novruz bayramı" tədbiri

    Məktəbdə təşkil olunmuş İngilis dili dərnəyində Novruz bayramına həsr olunmuş tədbir keçirildi. Tədbir Ulu Öndər Heydər Əliyevin bu bayram haqqında söyləmiş olduğu fikirlərlə başladı. Ardıcıl olaraq şagirdlər Novruz bayramının adət-ənənələrini özündə əks etdirən səhnəciklərlə, milli rəqslərlə çıxış etdilər.     Tədbirdə məktəbin direktor, müəllim, şagird və valideyn kollektivi iştirak edirdi. Tədbir birlik, bərabərlik rəmzi olan "Yallı" rəqsi ilə yekunlaşdı. Sonda məktəbimizin direktoru C.Tarverdiyev şagirdləri bayram münasibəti ilə təbrik edib onların çıxışlarını qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi