Kompüter əsri olsa da,kompüterin əsiri olmayaq!

Bugün məktəbimizin psixoloqları Aygül Mirzəliyeva və Arzu Həsənova ibtidai sinif şagirdləri ilə kompüterdən və internetdən kortəbii istifadə zamanı yarana biləcək fəsadlar və problemlər barədə danışdı,slaydlar vasitəsilə maarifləndirici söhbətlər apardılar.
Təqdimatlar zamanı psixoloqlar ilk öncə kompüterin müasir zamanda əhəmiyyətindən bəhs etdilər,daha sonra isə yalnış və həddindən artıq istifadə olunduğu zaman isə insan orqanizminə və psixologiyasına vurduğu ziyanları da izah etdilər.
Şagirdlər məlumatlandırıldı ki, kompüterə mütəmadi baxdığımız zaman göz qırpma hərəkətləri azalır,görmə qabiliyyəti zəifləyir.
Psixoloq eləcə də kompüterdən və  internet oyunlarından limitli saatlarla istifadə etməyin lazım olduğunu vurğuladı,bunun əvəzinə vaxtımızı səmərəli keçirməyin alternativ yollarından bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi