HAQQIMIZDA

Bakı şəhəri Nizami rayonu Kamil Əliyev adına 61 nömrəli tam orta məktəb 1965-ci ildə inşa edilmişdir.. 2023/2024-cü dərs ilində məktəbin 47 sinifində 1160 şagird təhsil alır. Məktəb 2 növbəli 5 günlük iş həftəsi ilə işləyir. Məktəbdə təlim 2 dildə - Azərbaycan və rus dillərində aparılır. Məktəbin pedaqoji heyətində 113 nəfər çalışır. Məktəbin zəngin kitabxanası, müasir avadanlıqlarla təmin olunmuş kimya və fizika kabinetləri və laboratoriyaları, internet şəbəkəsinə qoşulmuş elektron lövhələrlə təchiz olunmuş 4 kompüter kabineti, tam təchiz edilmiş əmək kabineti və emalatxanası var. Son dövrlərdə maddi-texniki bazasını sürətlə zənginləşdirən məktəbdə şagirdlərin təlim-tərbiyəsi istiqamətində ardıcıl, davamlı, məqsədyönlü və nəticəyönümlü işlər aparılır. Şagirdlər rayon, şəhər və respublika üzrə keçirilən müxtəlif idman yarışlarının, sərgi və müsabiqələrin iştirakçısı və qalibləri olmuş, diplom və kuboklara sahib olmuşlar. Məktəbin məzunları həm ölkənin, həm də xarici dövlətlərin ali təhsil ocaqlarında təhsil alır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi