FƏXRİMİZ

   Kamil İdris oğlu  Əliyev 1953- cü il yanvarın 17 – də Cebrayıl rayonunda doğulmuşdu. O, 1971 – ci ildə Cəbrayıl rayonunda  Maksim Qorki adına orta məktəbi bitirmişdi. Hərbi qulluğunu keçmiş sovet ordusu sıralarında , Moskva şəhərində yerinə  yetirmişdi. Ordudan qayıtdıqdan sonra neft buruqlarında işləmişdir.  Kamil 1974 – cü ildə Daxili İşlər Orqanlarına işə daxil olmuşdu. 1977 – ci  ildə Kamil Əliyev Bakı Xüsusi Orta Milis Məktəbində təhsil almağa başlamışdı. 1981 – ci ildə o, sahə müvəkkilikili  kimi fəaliyyət göstərmişdi. Kamil Əliyev  1989 – cu ildə təhsili davam etdirmək məqsədilə Məmmədəmin Rəsulzadə adına Azərbaycan  Dövlət Universitetinin Hüquq fakultəsinə  daxil olmuşdu. 1974 cü ildə Nizami rayon         DİŞ – də işləmişdi. 1992 – ildə 24 – cü polis bölməsində rəis müavini vəzifəsində çalışmışdı. İşlədiyi dövürdə cinayətkarlığa qarşı mübarizədə naliyyətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuşdu. Kamil Əliyev  1992 – ci ildə könüllü olaraq torpaqlarımız uğrunda gedən mübarizəyə yola düşdü. O, Laçın bölgəsində qəhrəmancasına şəhid oldu. Bu faciə 1992 – ci il oktyabrın 28 –də baş verdi.

Kamil Əliyev   Cəbrayıl rayonunda dəfn olunub.  Ailəli idi . İki övladı qalıb.

1996 – cı ildə Bakı Sovetinin qərarı ilə  məktəbə Kamil  İdris oğlu Əliyevin adı verilib. Məktəbimizdə  “ Şəhidliyə ucalan zirvə” guşəsi yaradılıb . Şəhidimizin büstü orda yerləşir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi