Nailiyyətlərimiz

İnşa müsabiqəsiÜmumdünya Poçt ittifaqının tövsiyəsi ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt"Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəbləin şagirdləri arasında " Biz o torpaglara qayidacagiq!" mövzusunda keçirilən inşa müsabiqəsində 54 saylı orta məktəbin V -ci sinif şagirdi Baxşəliyeva Leyla İlham qızı IV -cü dərəcəli diplomla təltif edilmişdir.

“Ən yaxşı ümumi təhsil müəssisəsi”Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 1634 nömrəlin Sərəncamaı ilə Bakı şəhəri 54 nömrəli tam orta məktəb 2014/2015-ci dərs ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi olmuşdur.

“Şahinlər” hərbi- idman və turizm oyunlarının rayon üzrə final mərhələsi 54 saylı tam orta məktəbdə keçirilib.Nəsimi rayonunda “Şahinlər” hərbi- idman və turizm oyunlarının rayon üzrə final mərhələsi 54 saylı tam orta məktəbdə keçirilib. Yarışlarda rayonunun 26 orta ümumtəhsil məktəbinin 400-ə yaxın şagirdi iştirak edib. Nəsimi rayon icra hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən ”Şahinlər” hərbi -idman oyunlarında məqsəd böyüməkdə olan gənc nəsli yükəsk hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, eləcə də onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. Final yarışlarının açılış mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısı Asif Əsgərov yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən danışdı.Qeyd edib ki, ölkədə aparılan islahatlar idman sahəsində də özünü göstərir. Belə ki, son illərdə milli ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar , idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar onu deməyə əsas verir ki, bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Rayon Gənclər və İdman İdarəsinin rəisi Elburus Abdullayev bildirdi ki, rayon məktəbliləri müxtəlif olimpiadalarda , idman oyunları və müsabiqələrdə uğurla çıxış edərək yüksək nəticələr əldə ediblər.Ənənəvi olaraq hər il keçirilən “Şahinlər” hərbi-idman oyunun da gənclərin ordu sıralarlına hazırlanmasında böyük rolu var. Daha sonra Nəsimi rayonu üzrə 26 komanda arasında keçirilən hərbi yarışlara start verilib. Əvvəlcə komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 8-10-cu sinif şagirdləri iki mərhələdə müxtəlif idman növü üzrə öz qüvvələrini sınadılar. Onu da deyək ki, qalib gələn məktəbin komandası Bakı üzrə zona birinciliyində iştirak edəcək.

HAQQIMIZDA

Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb 1976-cı ildən fəaliyyət göstərir. Məktəb əvvəlcə 1 korpusdan ibarət olmuş, 2005-ci ildən məktəbin 2-ci korpusu istifadəyə verilmişdir. Əsas korpus 840, köməkçi korpus isə 240 ş...

BİZİM FƏXRLƏRİMİZ

Emin Qurbanov Şəfayyət

Aytac Əhmədzadə Tofiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi