Hər zaman öndə
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələrinin sədrləri, məktəb direktorları, müəllimlər, şagirdlər, məzunlar və media nümayəndələri iştirak ediblər.
R.Tağıyev təhsil sahəsində aparılan islahatlardan, dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb.
“Pedaqoji işçilərin səmərəli və uğurlu fəaliyyətinə, təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırdığına, gənc nəslin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edilməsinə, şagirdlərin təlim tərbiyəsində əldə etdiyi naliyyətlərə görə” 54 nömrəli tam orta məktəbə təşəkkürnamə təqdim olunub.