Monitorinq

Mayın 17-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində , mayın 18-də VI siniflərində monitorinq keçirildi. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparıldı. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. Məktəbimiz də mərkəz məktəb idi. İki gündə 1200- dən çox şagird monitorinqdə iştirak etdi . Onlardan 200 nəfər şagirdin qiymətləndirilməsi onlayn həyata keçirildi.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.