Birincilər üçün çalınan ilk zəng

16 sentyabrda  “Bilik günü”nə həsr olunmuş tədbir  Dövlət himninin səslənməsi ilə başladı. Tədbirdə məktəbin direktoru S. Abbasova çıxış edərək məktəbə ilk dəfə qədəm qoyan birinciləri, valideynləri, bütün şagirdləri, pedaqoji kollektivi yeni dərs ili münasibətilə təbrik etdi.

Məktəbin direktoru keçən dərs ilinin uğurlarından və yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs etdi.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşı Rzayev Asim və BŞTİ-nin əməkdaşı  yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzuladilar.

Birincilər öz şeir, rəqs,  töhfələrini qonaqlara təqdim etdilər. Tədbir ilk zəngin vurulması ilə başa çatdı.

İlk dərslər Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun 30 avqust 2019 – cu il tarixli F – 53 nömrəli əmrinə əsasən I – IV siniflərdə “İdman və Sağlamlıq”, V – IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, IX – XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi