28 May - Respublika Günü

27. 05. 2019 - cu il tarixdə məktəbdə  28 May Respublika gününə həsr edilmiş tədbir keçirildi.

İbtidai sinif müəllimi Şəkibə Məmmədova və ingilis dili müəllimi Ülkər Qurbanovanın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himnimizin səslənməsi ilə başalandı. Daha sonra Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə imza atan tarixi şəxsiyyətlər və dahi insanlar haqqında geniş söhbət açıldı, onların keçdiyi əzablı və çətin yoldan danışıldı. Həmçinin müasir Azərbaycanın qurucusu ümummilli Lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı ölkə prezidenti lham Əliyevin dövlətimizin inkişafında və çiçəklənməsində tükənməz xidmətlərindən söz açıldı.

Daha sonra şagirdlər bədii hissədə müxtəlif musiqi nömrələri, doğma vətənimizi vəsf edən şeirlər və kompozisiyalar təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi