Məndə sığar iki cahan...

Nəsimi rayon İcra Hakimiyyəti 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan...” devizi altında məktəblilər arasında incəsənət sahələri üzrə baxış-müsabiqəsinin yekun mərhələsini- mükafatlandırılması tədbirini kecirib.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirmişdir ki, şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı elmi-ədəbi fikrin diqqət mərkəzindədir.
Gülarə Verdiyeva bu müsabiqədə bütün əməyi olanlara minnətdarlıq bildirərək uğur qazanmış məktəbliləri təbrik etmişdir.
54 nömrəli məktəbin şagirdləri Musayeva Zəhra, Fətullayeva Rayə, Talıblı Muhamməd, Babayeva Aişə, Köçəriyeva Aysu, Quliyeva Məşuqə də müsabiqə qalibləridir.