Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 mart 2016-cı il tarixdə 54 saylı orta məktəbin stadionunda rayon məktəblilərinin iştirakı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kross və mini futbol yarışları keçirilmişdir

Nəsimi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 mart 2016-cı il tarixdə 54 saylı orta məktəbin stadionunda rayon məktəblilərinin iştirakı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş kross və mini futbol yarışları keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin etməkdən ibarət olmuşdur.Tədbiri giriş sözü ilə açan Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev bu günün əhəmiyyətindən söhbət açmışdır. Qeyd etmişdir ki, bu gün ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğının bariz nümunəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yüksəklərə qaldırırlar.Sonra idarənin aparıcı məsləhətçisi Əziz Həsənovun rəhbərliyi və rayon məktəblilərinin iştirakı ilə kross yarışına start verildi. Yarışda əvvəlcə qızlar, sonra oğlanlar öz güclərini sınadılar. Qızların yarışında 240 saylı orta məktəbin şagirdi Fidan Fərəcəova I, 211 saylı orta məktəbin şagirdi İnarə Rzayeva II, 42 saylı orta məktəbin şagirdi Fidan Bağırlı III, oğlanların yarışında isə 111 saylı orta məktəbin şagirdi Ağasəf Balabəyov I, Texniki Humanitar Liseyin şagirdi Elmar Namazzadə II, 164 saylı orta məktəbin şagirdi Vüqar Şirinov III yerlərə layiq görüldülər.Daha sonra 54 saylı orta məktəbin futbol komandası ilə 35 saylı orta məktəbin futbol komandası arasında nümunəvi çıxış nümayiş olundu. Yarışda 54 saylı orta məktəbin komandası qalib gəldi.Sonda qaliblər Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və müxtəlif hədiyyələrlə mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi