HƏR KƏS FÖVQƏLADƏ HALLARA HAZIR OLMALIDIR "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" qeyd olundu
HƏR KƏS FÖVQƏLADƏ HALLARA HAZIR OLMALIDIR "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" qeyd olundu.54 saylı orta məktəbin akt zalında "Həyatının təhlükəsizliyi sənin öz əlindədir!" mövzusunda nəzəri-praktik tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, şagirdlər iştirak etdilər.Tədbirdə şagirdlər "Fövqəladə hallar zamanı davranış qaydaları", "Yanğın təhlükəsizliyi qaydaları", "112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır", "Dəm qazından ehtiyatlı olun", "Elektrik cərəyanı haqqında anlayış", "İnsanın elektrik cərəyanının təsirindən azad edilməsi" və "Zərərçəkmiş insanlara ilkin tibbi yardımın göstərilməsi" mövzularında çıxışlar etmişlər.Daha sonra tədbir iştirakçıları "Dəm qazı və ya gözəgörünməz qatil" adlı videoçarx izlədilər.