Elimizə Bahar gəlir

Məktəbin ingilis dili müəllimi Mərziyə Cəfərovanın rəhbərlik etdiyi 8 “Ç” sinfi xalqımıza və eləcə də bir çox türk xalqlarına mənsub olan Novruz bayramının gəlişinə həsr etdikləri “Elimizə Bahar gəlir” adlı tədbir keçirdi. 

Şagirdlər Novruz bayramı, onun tarixi  haqqında geniş məlumat verdilər. Bayram şənliyində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdirdilər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirə rəngarənglik qatdı.    

Yallı rəqsi ilə tədbir sona çatdı .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi