Heydər Əliyev irsi

Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə 240 nömrəli  tam orta məktəbdə 54, 211 və 240 nömrəli məktəblərin şagirdlərinə dərs keçirildi. Dərsin mövzusu: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin memarı olduğu daxili, xarici və sosial-iqtisadi siyasəti kursunun layiqli davamçısıdır.” Məruzəçi 54 nömrəli tam orta məktəbin direktoru Sahibə Abbasova.

Dərs fəal təlim metodu ilə keçirildi.

S. Abbasova 15 ildə ölkə prezidentinin apardığı daxili, xarici siyasət və gördüyü işlərdən danışdı. Şagirdlər də ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə eyni zamanda məhz Azərbaycan Respublikasının vətəndaşı olduqlarına görə qürur duyduqlarını bildirdilər. Dərs şagirdlərin ifasında mövzuya uyğun şeir və mahnıların təqdimatı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi