Narkomaniya-bəşəriyyətin bəlası

         Nəsimi rayon Polis İdarəsinin  təşkilatçılığı ilə məktəbimizdə "Narkomaniya ümumbəşəri bəladır” adlı geniş maarifləndirici tədbir keçirildi.

      Tədbirin əsas məqsədi VIII-XI sinif şagirdləri arasında maarifləndirmə işlərinin aparılması idi. Tədbirdə Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev və idarənin digər əməkdaşları, Səhiyyə Nazirliyinin əməkdaşı Rüfət müəllim, məktəbin direktoru Sahibə Abbasova,  şagird və müəllimlər  iştirak edirdi.

      Tədbirdə çıxış edən natiqlər uşaqların zərərli vərdişlərdən mühafizəsi üçün hüquq mühafizə orqanlarının, təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğunu bildiriblər.  

     Tədbirdə  narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub, məktəbin dəhlizlərində və akt zalında şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi