Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar 54 saylı orta məktəbin müəllim və şagirdləri Respublika Hərbi Prokurorluğunda Xocalı Memorial Soyqırımı Muzeyində olublar.
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar 54 saylı orta məktəbin müəllim və şagirdləri Respublika Hərbi Prokurorluğunda Xocalı Memorial Soyqırımı Muzeyində olublar.Memorial Soyqırımı Muzeyi ilə tanışlıq zamanı məlumat verildi ki, muzey tarix, deportasiya-repressiya, soyqırımı və terror bölmələrindən ibarətdir. Muzeyin soyqırımı və terror bölmələrində Ermənistna silahlı birləşmələrinin Xocalı şəhərinə hücumunu əks etdirən maket, fotolar və digər eksponatlar yerləşdirilib. Bölmədə fakt üzrə aparılan cinayət işinin cildləri, hadisə yerinə baxış protokolları, erməni təcavüzkarlarının törətdikləri vəhşilikləri sübut edən əşyalar, ekspert rəyləri, ifadələr, eləcə də Xocalı, Meşəli, Qaradağlı və digər yaşayış məntəqələrində cinayətin izlərini özündə əks etdirən əşyalar yer alıb. Həmin əşyalar sırasında Meşəlidə bütünlüklə qətlə yetirilən Novruzovlar ailəsinə məxsus fotoşəkillər, əşyalar, üst geyim paltarları, yarımçıq qalmış toxuma da var. Muzeydə döyüşlər zamanı qəhrəmancasına həlak olan oğullarımıza aid şəxsi əşyalar, onlara verilən medallar da nümayiş etdirilir. Erməni terrorunu özündə əks etdirən partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.