9 Noyabr - Bayraq Günü
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq 8 noyabr 2018-ci il tarixdə 54 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Şagirdlərin böyük coşğu ilə bayrağı gətirməsi və Azərbaycan Dövlət Respublikasının Himninin səsləndirilməsi ilə başlanan tədbir məktəblilərin çıxışları ilə davam etdi. Tədbirdə bayrağa, ölkəmizə aid şeirlər və mahnılar ifa edildi. Tədbirin sonunda məktəbin direktoru Sahibə xanım Abbasova müəllim kollektivini, şagird heyətini Bayraq Günü münasibətilə təbrik etdi, belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rol oynadığını söylədi.
Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar “Cümhuriyyət ili” elan olunub. Bu münasibətlə il ərzində silsilə tədbirlər keçirilir, bu tədbirlərin davamı olaraq Azərbaycan Dövlət Bayrağının yaranmasının 100 illiyi də təntənəli qeyd edilir.
Şagirdlərimiz 1 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə fəal iştirak etdilər. İbtidai sinif müəllimi Aynurə Kərimovanın şagirdləri tədbiri Dövlət Himni ilə açdılar, sonra isə Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini söylədilər.