18 Oktyabr Müstəqillik Günü
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Bu gün - Oktyabrın 18-i Azərbaycanın Müstəqillik Günü kimi qeyd olunur. 54 nömrəli tam orta məktəbdə bu günə həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə Azərbaycan xalqının müsəqillik uğurunda apardığı mübarizələrdən, bu yolda qazanılan ugurlardan, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən danışıldı. Tədbir məktəblilərin bayram münasibətilə hazırladığı çıxıları ilə tamamlandı.