Son Zəng

A. Şaiq adına 54 nömrəli tam orta məktəbdə “Son Zəng” tədbiri keçirilmişdir. Tədbirdə müəllimlər, valideyinlər, sabiq məzunlar iştirak etmişdir. Eyni zamanda Nəsimi rayon İcra hakimiyyətinin məsul işçisi Vəfa Həsənbəyli qonaq kimi iştirak edirdi. Məktəbin direktoru Sahibə xanım Abbasova tədbiri açıq elan edib, mezunları təbrik etdi. Onlara gələcək həyatlarında uğurlar arzu edib, hər bir məzunun tələbə adı qazanmasını, səslərinin yüksək ali məktəblərdən gəlməsini  dilədi. Tədbirdə 2017-2018-ci tədris ilində əldə olunan naliyyətlərdən, məzunların qəbul imtahanlarının nəticələrindən danışıldı. İl ərzində müsabiqələrdə və olimpiadalarda iştirak edən şagirdlər, işində fərqləndiyinə görə müəllimlər diplomlarla təltif edilmişdir. Məktəbin direktoru Sahibə xanım Abbasova birinci sinfə 150 nəfərin qəbul edildiyini qeyd edərək onlarıda təbrik etdi. Tədbir məzunların hazırladıqları maraqlı çıxışlar, rəqslər ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi