Dahi şəxsiyyət
54 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Ulu Öndərin keçdiyi həyat yolundan, Azərbaycan tarixində qoyduğu izlərdən bəhs edən video çarx nümayiş olunmuş, məktəbin tarix müəllimi Esmira Qasımovanın məruzəsi dinlənilmiş, şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş şeir və mahnılar ifa edilmişdir.
Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.