Ölkəmizi tanıyaq
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi üzrə Naxçıvan Muxtar Respublikasına səfərə hazırlaşırlar. 54 nömrəli tam orta məktəbin şagirdləri də layihədə iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan məktəblilərlə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblilərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır.