2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq qərara alıram:1. 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda qeyd edilən ümumi təhsil müəssisələri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbAğdam rayonu Quzanlı qəsəbə tam orta məktəbiBakı Avropa LiseyiBakı şəhəri 3 nömrəli tam orta məktəbBakı şəhəri 54 nömrəli tam orta məktəbBakı şəhəri 62 nömrəli məktəb-liseyBakı şəhəri 129 nömrəli tam orta məktəbBakı şəhəri 138 nömrəli tam orta məktəbBakı şəhəri 149 nömrəli tam orta məktəbBakı şəhəri 167 nömrəli tam orta məktəbBakı şəhəri 204 nömrəli tam orta məktəbBakı şəhəri 214 nömrəli tam orta məktəbBakı şəhəri 240 nömrəli tam orta məktəbBakı şəhəri 245 nömrəli tam orta məktəbBakı şəhəri 257 nömrəli tam orta məktəbBakı şəhəri 258 nömrəli tam orta məktəbBakı şəhəri 267 nömrəli məktəb-liseyBakı şəhəri 274 nömrəli tam orta məktəbBeyləqan şəhəri 1 nömrəli tam orta məktəbCulfa şəhəri 2 nömrəli tam orta məktəbGəncə şəhəri 16 nömrəli tam orta məktəbGəncə şəhəri 39 nömrəli tam orta məktəbİsmayıllı şəhəri 5 nömrəli tam orta məktəbİsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbiQax şəhəri 5 nömrəli tam orta məktəbQuba şəhəri 2 nömrəli məktəb-liseyQubadlı rayonu Qəzyan kənd tam orta məktəbiQəbələ şəhəri 2 nömrəli tam orta məktəbQusar şəhəri 1 nömrəli tam orta məktəbLənkəran şəhəri 6 nömrəli məktəb-liseyLənkəran şəhəri 10 nömrəli tam orta məktəbMasallı rayonu “Dəfinə” məktəb-liseyiMingəçevir şəhəri Texniki-humanitar liseyMingəçevir şəhəri 7 nömrəli tam orta məktəbMingəçevir şəhəri 10 nömrəli tam orta məktəbNaxçıvan şəhəri 14 nömrəli tam orta məktəbOrdubad rayonu Aşağı Əylis kənd tam orta məktəbiOğuz şəhəri 2 nömrəli tam orta məktəbSiyəzən şəhəri 6 nömrəli məktəb-liseySumqayıt şəhəri 18 nömrəli tam orta məktəbSumqayıt şəhəri 21 nömrəli tam orta məktəbSumqayıt şəhəri 25 nömrəli tam orta məktəbŞəki şəhəri 11 nömrəli tam orta məktəbŞəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbŞirvan şəhəri 9 nömrəli tam orta məktəbŞirvan şəhəri 18 nömrəli tam orta məktəbTərtər şəhəri 1 nömrəli tam orta məktəbUcar şəhəri 4 nömrəli tam orta məktəbZaqatala şəhəri 2 nömrəli tam orta məktəbZaqatala şəhəri 3 nömrəli tam orta məktəb.2. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş pul mükafatları “Ən yaxşı ümumi təhsil müəssisəsi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumi təhsil müəssisələrinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü hissəsinə uyğun ödənilsin. İlham ƏliyevAzərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 21 dekabr 2015-ci il.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi