“ Dünya Azərbaycanlılarının ümumilli lideri qüdrətli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu nəsillərə nümunədir “ mövzusunda tədbir.

Tədbiri giriş sözü ilə Abdulla Şaiq adına 54 Saylı Tam Orta məktəbin direktoru Sahibə Abbasova açaraq qonaqları salamladı. Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə nəzər saldı. Bildirdi ki, məktəbdə mütəmadi olaraq Ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında şagirdlərə məlumatlar verilir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi tarixi xidmətləri bir saatlıq tədbirdə tam ifadə etməyin çox çərin olduğunu diqqətə çatdırdı. Yalnız bu tarixi şəxsiyyəti xatırlamaqla öz vətəndaşlıq borcumuzu az da olsa nümayiş etdirmiş oluruq. Heydər Əliyev qəlblərdə dərin kök ataraq yaşıyan Əbədiyaşar şəxsiyyət, layiqli Azərbaycanlıdır. Biz Azərbaycanlılar fəxr etməliyik ki, Bizim Heydər Əliyev kimi Ulu Öndərimiz, İlham Əliyev kimi Səriştəli, qətiyyətli Prezidentimiz var. Sonra tədbirin proqramına uyğun olaraq əvvəlcə məktəbin müəlimləri Ümummilli liderlə bağlı hazırladıqları geniş və əhatəli məruzəni oxudular. Şagirdlər isə Azərbaycan xalqının Ümimmilli liderinin həayat və fəaliyyətindən bəhs edən şeirlər səsləndirdilər. Tədbirin ədbi-bədii kompozisiya hissəsində mahnı oxuyanlarla yanaşı, rəqs edənlər də oldu. Tədbirin sonunda çıxış üçün söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərova verildi. Hüseyn müəllim tədbir iştirakçılarını salamladı, məktəbin rəhbərliyinin şagird və müəllim kollektivinin təşkilatçılığı ilə baş tutan tədbiri yüksək qiymətləndirdi. Ulu Öndər Heydər Əliyevin hər bir Azərbaycanlı üçün örnək dolu cəhətlərindən söz açdı. Dünya Azərbaycanlılarının həmirəy olmaları üçün Heydər Əliyevin göstərdiyi tarixi xidmətlərindən danışaraq, vəzifəsindən və pəşəsindən aslı olmayaraq hər birimizi Ulu Öndərdən bizə miras qalan həmrəyliyi möhkəmləndirməyə, qoruyub saxlamağa, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətə səslədi. Natiq onu da qeyd etdi ki, təhsil sahəsində çalışanlar bir-biri ilə dah çox həmrəy olmalıdır ki, biz təhsilimizlə dünyaya güc və qüdrətimizi nümayişə etdirə bilik .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi