Qanlı 20 Yanvar
Ən uca zirvə Şəhidlik zirvəsidir... Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxunun nə olduğunu bilməyən, vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalanalar ölmürlər, əbədi ölümzülüyə qovuşurlar.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə gedən döyüşlərdə yüzlərcə igid övladlarımız uca şəhidlik zirvəsinə yüksəlmişdir. Onları bir amal birləşdirirdi: “Biz gəldi-gedərik, təki vətən yaşasın!”
Yanvarın 19-da 54 nömrəli tam orta məktəbdə “Qanlı 20 Yanvar” adlı tədbir keçirilib.
Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açılıb. Məktəblilərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib.
Tədbirə Aprel döyüşlərinin iştirakçısı Arzu Məmmədov dəvət olunmuşdur.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim etdilər.