Maarifləndirici tədbir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Miqrasiya Təşkilatının “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda keçirdiyi seminarların biri də 54 nömrəli tam orta məktəbdə təşkil olunmuşdur. Qızıl Aypara Cəmiyyətinin Nəsimi rayon üzrə təşkilatının nümayəndəsi İlahə xanım Əliyeva VIII sinif şagirdlərinə “İnsan Alverinə Qarşı Mübarizə” mövzusunda maarifləndirici məlumatlar verdi. Şagirdlərin fikirləri dinlənildi.