Bilik yarışı
A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə “Riyaziyyat fənni aylığı” çərçivəsində riyaziyyat müəllimi Kamilə İsmayılovanın 8 “c” və 8 “ç” sinifləri arasında bilik yarışı keçirilmişdir. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin riyazi biliklərini artırmaq və istedadlı şagirdləri üzə çıxarmaq idi.
Dörd mərhələdən ibarət yarışda 8 “c” sinfi qalib olmuşdur. Sonda qaliblər diplomlarla təltif olundu.