Şahmat üzrə Respublika çempionu Çingiz Əliyev
54 nömrəli tam orta məktəbin şagirdi Əliyev Çingiz Əkbər oğlu 2 noyabr 2017 ci il tarixdə Yeniyetmələr arasında keçirilən şahmat yarışında Respublika çempionu olub.
Çingizin uğurları bununla bitmir. O, 2 dəfə Bakı çempionu, 2 dəfə Respublika çempionu, 1 dəfə məktəblilər arasında keçirilən şahmat yarışının qalibi olub.
Şagirdimizi qazandığı uğurlara görə məktəb kollektivi adından təbrik edirik.