Bizim hüquqlarımız
20 oktyabr - 20 noyabr “Uşaq hüquqları aylığı” çərçivəsində 54 nömrəli tam orta məktəbdə bir sıra tədbirlər keçirildi. Keçirilən tədbirlərin məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması, vəziyyətin daha da yaxşılaşdırılması idi. Akt zalında təşkil olunmuş tədbirdə tərbiyə işləri üzrə direktor müavini G. Cəfərova çıxış edərək , “Uşaq hüquqları konvensiyası” barədə uşaqlara geniş məlumat verdi.
Tədbir məktəblilərin çıxışları, maraqlı, diqqət çəkən səhnəcikləri ilə davam etdi.