9 noyabr - Dövlət Bayrağı Günü
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq 8 noyabr 2017-ci il tarixində A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Şagirdlərin böyük coşğu ilə bayrağı gətirməsi və Azərbaycan Dövlət Respublikasının Himninin səsləndirilməsi ilə başlanan tədbir məktəblilərin çıxışları ilə davam etdi.Tədbirdə bayrağa, ölkəmizə aid şeirlər və mahnılar ifa edildi.Tədbirin sonunda məktəbin direktoru Sahibə xanım Abbasova müəllim kollektivini, şagird heyətini Bayraq Günü münasibətilə ürəkdən təbrik etdi, belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rol oynadığını söylədi..Şagirdlərimiz Nəsimi rayon İcra Hakimiyəti tərəfindən təşkil olunmuş “BAYRAĞIMIZ – KİMLİYİMİZ, MƏNLİYİMİZ VƏ QÜRUR MƏNBƏYİMİZDİR” adlı tədbirdə də fəal iştirak etmişdirlər.