“İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilmişdir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun üzvü seçilmişdir. IV İslam həmrəyliyi oyunlarının Bakı şəhərində keçirilməsi ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sayəsində növbəti əməli addımıdır. Xalqların dinc, yanaşı yaşaması çərçivəsində İslam Həmrəyliyi müsəlman ölkələrinin problemlərinin həllinə, onlar arasındakı münasibətlərin genişlənməsinə öz töhfəsini verməkdədir. İslam Həmrəyliyi, təkcə İslam dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yüksəlişi üçün böyük əhəmiyyət kəsb edir “İslam həmrəyliyi ili” cərcivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işcilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir. Tədbirdə 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil olmuşlar.Bu mərasimdə 54 nömrəli tam orta məktəbin şagirdləri Misir Respublikasını təmsil edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi