20 oktyabr – 20 noyabr “Uşaq Hüquqları aylığı”
Bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Sülüymanovanın təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixləri respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. “Uşaq Hüquqları aylığı” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə tədbir təşkil etmişdir.Tədbirdə Nəsimi rayon tam orta məktəblərində təhsildə fərqlənən və məcburi köçkün ailələrindən olan məktəblilər iştirak edirdilər.Keçirilən tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir qrup Nəsimi rayon məktəblərinə , o cümlədən 54 nömrəli tam orta məktəbə uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştirakına görə diplomlar təqdim edilmişdir.