18 Oktyabr - Müstəqillik Günü
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.Bu gün münasibəti ilə 54 nömrəli tam orta məktəbdətədbir keçirilmişdi. Tədbirdə Azərbaycan xalqının öz müsəqilliyi uğurunda apardığı mübarizələrdən , bu yolda qazanılan ugurlardan,Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən,bu yolun davamçısı Cənab Prezidentimiz İlham Əliyevin apardığı uzaqgörən siyasətdən danışıldı.Tədbirdə məktəblilər müxtəlif kompazisiyalarla çıxışlar etdilər.