Nəsimi rayonu 54 № -li tam orta məktəbdə “Son zəng” tədbiri
54 № -li tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və icra aparatının məsul işçiləri, BTŞ-nin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova fəxri qonaq kimi iştirak edirdilər. Tədbiri giriş sözü olaraq məktəbin direktoru Sahibə Abbasova açdı. 2016 – 2017 – ci tədris ilində məktəbin Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqə və layihələrdə iştirakı, təhsildə baş verən yeniliklərdən danışdı. Daha sonra rayon içra başçısı Asif Əsgərov və BTŞ-nin Ümumi təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova çıxış edərək məzunlara və kollektivə xoş arzularını bildirdi. Şagirdlər hazırladıqları maraqlı proqramlarla qonaqlar və valideynlər qarşısında çıxış edərək, öz doğma məktəblərinə, müəllimlərinə ürək sözlərini, təşəkkürlərini bildirdilər.