Lütfi Zadə adına II Məntiq Olimpiadası
Aprelin 1-də 54 nömrəli tam orta məktəbdə Lütfi Zadə adına II Məntiq Olimpiadasının məktəb turu keçirilmişdir. Olimpiadada 5-6-cı sinif şagirdləri iştirak etmişdir. Bu şagirdlərdən 16 nəfəri növbəti tura vəsiqə qazanmışdır. Ötən il Lütfi Zadə I məntiq olimpiadasında fəal iştirak edən 20 nəfər şagirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom təqdim olunmuşdur.