Monitorinq

11 mart tarixində məktəbin fəaliyyət planına əsasən 6-cı sinif şagirdləri üçün təbiət fənnindən monitorinq keçirildi. Monitorinq hər biri 20 sual olmaqla iki variantda rəqəmsal qaydada təşkil olundu. Monitorinqin keçirilməsində məqsəd VI sinif şagirdlərinin təbiət fənni üzrə nailiyyətlərinin yaxşılaşdırılması, onların müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılmasından ibarətdir.