Xocalı soyqırımından 33 il ötür

26 fevral ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür. Bununla əlaqədar məktəbimizdə tədbirlər planına əsasən faciə qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirildi. Tədbirlə əlaqədar İbtidai, 5 - 8 siniflərdə açıq dərslər qoyulmuş, dəyirmi masalar təşkil olunmuşdur. Eyni zamanda, şagirdlər arasında inşa və rəsm müsabiqələri keçirildi, soyqırımı əks etdirən şeirlər söyləndi, hərbi–vətənpərvərlik mövzusunda musiqilər səsləndirildi. Müəllim, şagird kollektivi "Ana Harayı" heykəlini ziyaret etdilər.