Diqqət uşaqlar!

2 oktyabr 2024-cu il tarixində Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və "1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsin birgə fəaliyyət proqramına uyğun olaraq " Diqqət uşaqlar!" aylığı çərçivəsində uşaqlara təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə maarifləndirmə xaraktelrli görüş keçirildi. Görüşdə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin polis kapitanı Pərvanə Muradova, 1 nömrəli USİM-in əməkdaşları, məktəbimizin direktoru Sahibə Abbasova, müəllimlər , dərnək üzvləri və valideynlər iştirak etdilər.