“Kiçik Akademiya”

07.06.24 tarixində 2023-2024cü tədris ili üzrə 54nömrəli tam orta məktəbin “Kiçik Akademiya” üzrə il ərzində görülən işlərin hesabat tədbiri keçirildi.

Hesabat tədbiri Dövlət himni və Şəhidlərimizin Ruhunun anımı ilə başladı.Tədbirdə məktəbimizin direktoru Sahibə Abbasova,Kiçik Akademiyanın prezidenti Təranə Seyidova,Vitse prezident Gülgəz Binnətovanın çıxışları,eyni zamanda bölmələr üzrə Kiçik Akademiyanın şagird üzvlərinin çıxışları tədbir iştirakçılarına təqdim edilmişdir.

*Humanitar bölmə üzvləri :"Nəsihət"adlı kiçik səhnəciyinin ssenarisinin yazılması və çıxışını həyata keçirmişdir.

*Təbiət bölmə üzvləri aşağıdakı təcrübələrlə çıxış etmişdir :

1.Təbii indikatorların hazırlanması və müxtəlif maddə məhlullarında mühitin təyini .

2.Məişətdə müxtəlif kimyəvi maddələrlə çirklənmə zamanı yaranmış ləkələrin təbii üsullarla təmizlənməsi

3.Südün tərkibindəki yağların parçalanması üsulu ilə təyini

*Texniki bölmə üzvləri Elektrik mühərriki,Elektroskop, Mühəndislik setinin müxtəlif məqsədlərə görə iş prinsiplərinin izahı üzrə araşdırma işlərini təqdim etmişlər .

*Mühəndislik bölmə üzvləri :

1.FLL challange

2.Çöl heyvanlarının yemləndirilməsi sistemi adlı tədqiqatçılıq işlərini təqdim etmişlər.

Sonda tədbirdə fəal iştirak edən Kiçik Akademiyanın şagird üzvləri təltif olunaraq sertifikatlara layiq görülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi