"Erkən Nikah " və "Qohum evliliklərinin fəsadları"
Məktəbin psixoloqu Pəri Nağızadə, UBTR Riana Quliyeva və biologiya müəllimi Solmaz Babayeva 8 və 9-cu sinif şagirdləri ilə "Erkən Nikah " və "Qohum evliliklərinin fəsadları"və "Reproduktiv sağlamlıq" mövzusunda dəyirmi masa keçirdilər. Şagirdlərə XXI əsr olmasına baxmayaraq dünyada və ölkəmizdə erkən nikah faktlarının qeydə alınması diqqətə çatdırıldı. Eyni zamanda erkən nikahların həm mənəvi - psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatına mənfi təsir göstərməsi haqqında fikirlər səsləndi. Sonda mövzu ilə bağlı videoçarx göstərildi.