Xocalı qan yaddaşımız
Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin akt zalında XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına həsr edilmiş "Xocalı qan yaddaşımız" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Şagirdlərimiz tərəfindən hazırlanan "Lay-lay Xocalım" adlı səhnəcik hər kəsi kədərləndirmişdir. Daha sonra şagirdlərimiz Xocalıya həsr edilmiş maraqlı səhnəcik, şeir və mahnılarla çıxış etdilər. Tədbirin sonunda məktəbin direktoru Sahibə Abbasova həmin dəhşətli gecə haqqında öz fikirlərini bölüşdü. O söylədi ki, həmin gecə mənfur düşmən qoca, cavan, körpə bilmədən ayağı yalın, başı açıq hər kəsi güllə-borana tuş etdi. Xocalı şəhəri yandırılıb yerlə-yeksan olundu. Direktor çıxışının sonunda onu da vurğuladı ki, tariximizə qanlı hərflərlə yazılan bu gecəni heç vaxt unutmamalıyıq.