Yaşıl dünya naminə həmrəylik ili

" Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, şagirdlərin bu dəyərlərə məhəbbət ruhunda tərbiyə olunması, yaradıcı düşüncə meyillərinin gücləndirilməsi məqsədilə məktəbyanı ərazidə bir çox ağac tingləri əkildi. Şagirdlərimiz çöl quşlarını qorumaq və təhlükəsizliyini təmin etmək məqsədilə quş yuvaları hazırlayaraq məktəbin həyətindəki ağaclara asdılar. Ağacəkmə aksiyasının keçirilməsində məqsəd şagirdlərin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizə aparmaqdır. Məktəbin biologiya müəllimləri Babayeva Solmaz və Cəfərova  Əsmər tərəfindən Biologiya dərsində "Yaşıl dünyanı qoruyaq " adlı dərs keçirildi.  Dərsdə məqsəd şagirdlərin ekoloji dünya görüşü, təbiətə münasibəti, təbii sərvətlərin öyrənilməsi, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsi əsas götürülür. Dərsin sonunda şagirdlər quşlar üçün hazırlanan yuvaları ağaclara asdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi