Valideynlərlə görüş

17-18 fevral tarixlərində I-IV, V-IX sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Görüşdə məktəbin direktoru Sahibə Abbasova valideyn, məktəb və müəllim münasibətlərinin tənzimlənməsi, valideynlərin məktəblə sıx əlaqə saxlaması, zəif nəticə göstərən şagirdlərin üzərində ciddi iş aparılmasının vacibliyini diqqətə çatdırdı. Təlim-tərbiyyə işləri üzrə direktor müavini Təranə Seyidova I-IV və V-IX siniflərdə oxuyan şagirdlər haqqında məlumat verdi və birinci yarımilin qiymətləri ilə valideynləri tanış etdi. Tədbirin sonunda tərbiya işləri üzrə direktor müavini Gülər Cəfərova şagirdlərin nizam-intizamı haqqında valideynlərə məlumatlandırdı.