20 Yanvar faciəsi

Məktəbdə “20 Yanvar faciəsi “nin 34-cü il dönümü ilə əlaqədar “Tariximizin şanlı səhifəsi” mövzusunda ibtidai sinif müəllimi Aygün Dadaşovanın təşkilatçılığı ilə 3d sinif şagirdlərinin təşkil etdiyi tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni  və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad  edilməsi ilə başladı. Tədbirdə şagirdlərimiz "20 Yanvar faciəsi “nə həsr edilmiş şeirlər ifa etdilər, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi və video çarx nümayiş etdirildi, sinif otağında dəyirmi masa təşkil olundu. “Millətəm”,”Vətən əmanəti”, “ Azadlıq marşı” və “Zəfər marşı” səsləndirildi. Sonda məktəbin təlim-tərbiyə üzrə direktor müavini Təranə Seyidova çıxış etdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi