"Narkomaniyaya yox deyək"
Məktəbin psixoloqu Pəri Nağızadə və UBTR Riana Quliyeva 8ci sinif şagirdləri ilə "Narkomaniyaya yox deyək" mövzusunda dəyirmi masa keçirdilər. Şagirdlərə narkotik vasitələrin insan orqanizmininə, psixoloji durumuna fəsadları barədə məlumat verildi. Dövrümüzün bəlası olan bu vasitələrdən uzaq durmağın önəmi bir daha şagirdlərə xatırladıldı. Şagirdlərə mövzu ilə bağlı rəsimlər və slayd təqdim edildi. Sonda onların fikirləri dinlənildi.