" Şagird-müəllim münasibətlərinin tədqiq " adlı ekspressiv anonim sorğu
Məktəbin psixoloqu Nuriyeva Nişan tərəfindən 6a, 6b, 6c, 6ç, 6d və 6e sinif şagirdləri ilə " Şagird-müəllim münasibətlərinin tədqiq " adlı ekspressiv anonim sorğu keçirilmişdir. Sorğuda 160-dan çox şagird iştirak etmişdir. Anket sorğusunda şagirdlərin fikirləri və əlavə təklifləri öyrənilmişdir. Anlaşılmayan suallar şagirdlərə izah olunmuşdur. Sonda şagirdlərlə ümumi onları maraqlandıran suallarla bağlı psixoloji söhbət aparılmışdır.