Ümumilli Liderimiz Heydər Əliyevin anım günü

12 dekabr tarixi müasir dövlətçiliyimizin banisi ümumilli liderimiz Heydər Əliyevin anım günüdür. Bu münasibətlə məktəbimizdə silsilə tədbirlər keçirildi.Məktəbin həyətyanı sahəsində “Hərəyə bir ağac əkək” adlı aksiya təşkil olundu. Aksiyada məktəbimizin 8-ci sinif şagirdləri və idman müəllimləri fəal iştirak etdilər. 
      Məktəbin akt zalında isə Azərbaycan dili və Ədəbiyyat müəllimləri Mina Həsənli, Suğra Sərdarova rəhbərliyi ilə 9b , 7b , 5a , 5b sinif şagirdləri H.Əliyev və müasir Azərbaycan adlı ədəbi-bədii kompozisiya hazırladılar. Tədbirdə Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş slayd hazırlanıb nümayiş etdirildi.  Şagirdlərin ifasında isə mahnılar və şeirlər dinlənildi. Məktəbimizin Tarix müəllimi Zeynal Qasımov sonda çıxış edərək H.Əliyevin tarixi irsi haqqında məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi