3a və 4a sinif şagirdlərinin "Zəfər Günü"nə aid tədbiri

Məktəbin 3a və 4a sinif şagirdləri "Zəfər Günü"nə aid tədbir keçirtdilər.Tədbirdə şagirdlərin dilindən şeirlər,Şəhidlər haqqında məlumat,işğaldan azad olunmuş rayonlarımız haqqında təqdimatlar edildi.Eyni zamanda Şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun həyat yoldaşı Günay xanım,Qazi Bayramov Toğrul,Müharibə Veteranı Quliyev Təmkin qonaq qismində iştirak etdilər.Şəhidimizin həyat və iş yolu haqqında olan məlumatları öyrənmək,qazi və müharibə veteranının dilindən müharibədə olan canlı kadrları eşitmək şagirdlər üçün çox maraqlı oldu.Tədbirin sonunda çıxış üçün söz Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Təranə müəllim və Zeynəb müəllimə verildi.Yekun olaraq şagirdlər "Bir millət,iki dövlət" ,qardaş ölkə Türkiyənin 44 gün ərzində bizim yanımızda olmasını söylədilər və "Azərbaycan-Türkiyə" mahnısı ilə tədbir yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi