“Dəmir Yumruq”
8 a sinif şagirdləri İçəri Şəhərdə ekskursiyada.Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsinin təşkilatçılığı və Hərbi Hava Qüvvələrinin əməkdaşlığı ilə 4 noyabr 2022-ci il tarixində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Dəmir Yumruq” adlı silsilə tədbir keçirilib.
Tədbirin məqsədi uşaq və gəncləri Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin şəxsi heyəti ilə görüşünü təşkil edərək onlarda vətənə böyük sevgi hissini aşılamaq, vətənpərvərlik ruhunu formalaşdırmaq, öz igidlikləri ilə dastan yazan mərd oğullarımızın xatirəsini yad edərək şücaətlərini gələcək nəsillərə çatdırmaq, müharibədə və qələbəmizdə böyük rolu olan hərbi hava nəqliyyatı, pilotsuz uçan aparatlar – dronlar, radar sistemləri, raketdən müdafiə sistemləri haqqında maarifləndirməkdir.
8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə Mərkəzin “Cücələrim” ansamblı, “Qavaldaş” ritm qrupu “Zəfər” rəqsi ilə, vokal dərnəyinin üzvləri “Vətəndən pay olmayır” kompozisiyası ilə çıxış ediblər. Ardınca Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisi, rəssam Cavid İlhamın 44 günlük Vətən müharibəsini özündə əks etdirən “Evə qayıdış” animasiya filmi və Hərbi Hava Qüvvələri haqqında video-çarx nümayiş olunub.