Bakı Mühəndislik Universitetinə elmi-təcrübi məqsəd ilə şagird ekskursiyası

Məktəbin şagirdlərinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib layihələrindən olan "Rəqəmsal GÜC" layihəsi çərçivəsində təşkil olunan təlimin bir gününü Bakı Mühəndislik Universitetinə elmi-təcrübi məqsəd ilə şagird ekskursiyasına həsr etdik.
Məktəblilərə universitetin ayrı-ayrı fakultələri, buradakı ixtisasların karyera seçimində və əmək bazarındakı üstünlükləri izah edilib, sonra şagirdlər universiteti gəzib, buradakı elmi araşdırmaların istiqamətləri haqqında məlumat verilib. Şagirdlər universitetlə tanışlıq zamanı BMU-nun muasir infrastruktura malik Kimya və kimya mühəndisliyi, Biologiya, Fizika, Kompüter və informasiya texnologiyaları laboratoriyaları, eyni zamanda Texnopark ilə yaxından tanış olublar.
Tanışlıq zamanı şagirdlərə laboratoriyalarda təcrübələri əyani şəkildə həyata keçirmək imkanı yaradılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi